Bakıdan başlayan 2 magistral yolda hərəkət qismən məhdudlaşdırılacaq. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Ağır çəkili nəqliyyat vasitələri üçün nəzərdə tutulan tərəzilərin quraşdırılması ilə əlaqədar bir sıra yollarda hərəkətə məhdudiyyət qoyulacaq.
Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayon ərazisi, DYP postu yaxınlığından keçən hissəsində 2 ay müddətinə nəqliyyat vasitələrin hərəkəti qismən məhdudlaşdırılaraq 500 m məsafədə kənardankeçmə yolu ilə əvəz edilib.
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Giləzi–Sitalçay ərazisində Bakı istiqamətində 10 gün ərzində eyni qaydada alternativ yol təşkil ediləcək.