Bakı - Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə avtomagistralın Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. ”Hyundai” markalı minik avtomobilin sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə fırlanaraq yol kənarındakı kanala düşüb.
Avtomobildə olan sərnişin – Bakı sakini, 18 yaşlı Əli Coşqun oğlu Qənbərli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_146438" align="alignnone" width="640"]
Foto Report.az[/caption]