Bakı–Quba yolunda təmir işlərinə başlanılır. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
M1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46,9-cu km-də yerləşən, yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində təmir işləri aparılacaq. İşlər 7 iyun saat 10:00-11:00 arası həyata keçiriləcək.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.