Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun deformasiyaya uğramış 5 km-lik hissəsinin təmiri bitib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Magistral yolun yenidən qurulan hissəsinin istifadəyə verilməsi mərasimində qurumun idarə heyəti sədrinin müavini Əvəz Qocayev və digər vəzifəli şəxsləri iştirak ediblər.
Yenidənqurma işləri avtomobil yolunun 52-53,5, 100,25-102,75 və 107-108,25-ci km-lik hissələrini əhatə edib.