Cari ilin 1 may tarixindən etibarən “Air Baltic” aviaşirkəti Riqadan Bakıya uçuşları bərpa edir. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az “Air Baltic”-in mətbuat xidmətinə istinadən məlumat verir.
Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günü həyata keçiriləcək. Bir istiqamətə biletin qiyməti 140 avrodan başlayır.
“AirBaltic” aviaşirkətinin Baş direktoru Martin Qauss bildirib ki, turist axını artdıqca, səfərlər üçün sərnişinlərə daha çox imkanlar təqdim edilə bilər.
2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan və Latviya arasında hava əlaqəsi dayandırılıb.