Bakı Şəhər Baş Səhiyyə İdarəsində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 4 oktyabr tarixində Report.az məlumat yayıb.
Elçin Əmirov Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilərək qeyd olunan idarəyə rəis təyin olunub.
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin keçmiş rəisi Nelli Veyisova isə vəzifəsindən azad edilib.