Bakı Sağlamlıq Mərkəzində 12-15 yaşı tamam olmuş yeniyetmələrə peyvənd vurulacaq. Bu barədə 5 oktyabr tarixində Səhiyə Nazirliyi xəbər verir.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərararına əsasən, hər iki valideynin razılığı olduğu zaman, 12-15 yaşı tamam olmuş yeniyetmələrədə Pfizer peyvəndi vurula bilər. Yeniyetmələrin vaksinasiyası isə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə Pfizer peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq bu qərarı alıb.