Abşeron rayonunda narkotik alveri ilə məşğul olan şəxs tutulub. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Həbibovun üzərində və avtomobilində ümumilikdə 2 kiloqram 880 qramdan artıq marixuana aşkar edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.