Artıq 4-cü gündür ki, paytaxt sakinləri israillilərlə həmrəyliyi nümayiş etdirirlər. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Azfront Telegram kanalına istinadən məlumat verir.
İnsanlar İsrail səfirliyinin binası qarşısına gələrək gül dəstələri qoymaqda davam edirlər. Bəziləri İsraildə baş verən faciəvi hadisələrə ağlamaya bilmir.
HƏMAS-nin İsrail ərazisinə hücumu nəticəsində 1200-dən çox israilli həlak olub, 3400-dən çoxu yaralanıb, yüzlərlə insan Qəzzaya aparılaraq əsir götürülüb.
Hücum nəticəsində Azərbaycan vətəndaşı və 3 azərbaycanəsilli yəhudi həlak olublar.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/10/sequence-01_12-1.mp4"][/video]