Bakı-İsmayıllı avtobusları hərəkət sxemlərini dəyişdiriblər. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Sputnik Azərbaycan-a istinadən xəbər verir.
Güclü yağıntılar səbəbindən sözügedən istiqamətdə getməli olan avtobuslar müvəqqəti olaraq Bakı-Kürdəmir-Qazax yolu ilə hərəkət edəcəklər.
Bakı-Zaqatala, Bakı-Quba, Bakı-Balakən və Bakı-Qusar istiqamətində olan avtobusların hərəkətində heç bir dəyişiklik yoxdur.