11 noyabr tarixində Bakı-Sumqayıt qatarının sürəti müvəqqəti azaldılıb.
Report-a istinadən Bakıda əsən güclü küləyi nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sürətinin azaldılması barədə qərar qəbul edib. Qərarın məqsədi hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, ötən gün axşam və bu gün səhər saatlarında qatarların hərəkətində qısamüddətli ləngimə olub.