Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarlarından birinin reysi ləğv edilir. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən məlumat verir.
Dəyişiklik avqustun 14-dən etibarən tətbiq olunacaq. Saat 13:30-da Bakıdan və saat 14:30-da Sumqayıtdan yola düşən qatarın reysi cədvəldən götürülüb.
Qərarın məqsədi dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması, günorta saatlarında texniki fasilənin götürülməsidir.