Bakı-Sumqayıt elektrik qatarlarında rekord göstərici müəyyənləşib.
Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən elektrik qatarları ilə rekord sayda səfər qeydə alınıb.
Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları ilə 37.000-ə yaxın sərnişin mənzilbaşına çatdırılıb.