Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sürətli elektrik qatarlarına bilet "Visa" bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsulları bərpa olunub. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az məlumat verir.
Qurumdan bildirilib ki, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda sərnişinə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.