Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Zolaq Ekologiya Postundan Bakı Beynəlxalq Avtovağzalına qədər çəkiləcək. İşlər yekunlaşdıqdan sonra magistralda müvafiq yol nişanları quraşdırılacaq.
Avtobus zolağına daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri 40 manat məbləğinə cərimələnəcəklər.