Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində, Beynəlxalq Avtovağzaldan 20 Yanvara kimi Moskva prospektində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu hadqa bu gün, 21 iyun səhər saatlarında Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bu səbəbdən 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli maşrut avtobuslarının hərəkət intervalı pozulub.
Bu marşrut xətləri üzrə hərəkət edən avtobuslar 10-12 dəqiqə gecikmə ilə hərəkət edir. Bununla əlaqədar, 20 Yanvar dairəsi də daxil olmaqla, dayanacaqlarda sərnişin sıxlığı müşahidə olunur.