Yol Polisi əməkdaşlarının cərimə protokoluna etiraz edərək Bakı-Sumqayıt şosesində yolu bağlayan sürücü həbs edilib. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.
“Mercedes” markalı avtomobilin sürücüsü, Naxçıvanın Şərur şəhərində doğulmuş 42 yaşlı Zaur Camalov (ad-soyad şərti) arxa nömrə nişanının mövcud standartlara cavab verməməsi səbəbindən DYP əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü tətbiq edilmiş protokoldan narazı qalaraq, polislərə kobud şəkildə narazılıq bildirib və DYP-nin əməkdaşlarını videoya çəkib. Bu səbəbdən yolun hərəkət istiqamətində tıxac yaranıb.
Camalov saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparılıb və barəsində protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.