"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tbilisi aviareyslərini bərpa edir. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Uçuşlar 1 iyul tarixindən etibarən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Bir istiqamət üçün qiymət 240 manat təşkil edir.
Biletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.