Ötən gecə Bakıdan Tbilisiyə uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Bakıya qayıdıb. Bu haqda Bakuplus.az bu gün, 8 iyun tarixində “Azərbaycan Hava Yolları” QSC-yə istinadən məlumat verir.
"Buta Airways" şirkətinin Bakı-Tbilisi marşrutu üzrə J29225 reysini yerinə yetirən təyyarənin kapitanı Tbilisi hava limanı yaxınlığında hava şəraitinin kəskin pisləşməsi (ildırım) səbəbindən yola düşdüyü hava limanına qayıtmaq qərarına gəlib.
Təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Həmin reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə uçacaqlar.