Azərbaycan və İran paytaxtları arasında müntəzəm aviareyslər 4 mart tarixindən etibarən bərpa edilir. Bu haqda bu gün, 19 fevral tarixində Trend İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Mirəkbər Rəzəviyə istinadən məlumat verib.
Verilən məlumata əsasən, uçuşlar hər iki ölkənin aviaşirkətləri tərəfindən həyata keçiriləcək.
Rəzəvi qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər asanlaşdığından uçuşların sayının artırılması gündəmdə olacaq.