Bakıdakı ticarət mərkəzləri 8 Noyabr Milli Zəfər Günü münasibətilə “Böyük Qələbə uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirəcək.
Sərgilər Dəniz Mall, 28 Mall, Port Baku Mall və Gənclik Mall-larında təşkil olunacaq. Sərgidə 8-13 yaş arası uşaqlar iştirak edə bilərlər. 20 ən gözəl və yaradıcı şəkil sərgidə nümayiş olunacaq.
İştirak etmək istəyənlər 22 oktyabr tarixinə qədər rəsm işlərini A3 ölçülü kağızda mall-ların məlumat mərkəzlərinə təhvil verə bilərlər. Şəkildə uşağın ad və soyadını qeyd etmək lazımdır.