Bakı məşhur səyahət platforması “Tripadvisor”da trenddədir. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az platformaya istinadən xəbər verir.
Belə ki, 2022-ci il ərzində sözügedən platformada ən çox axtarış olan və sayt istifadəçilərinin marağına səbəb olan məkanlardan biri Bakı olub.
Platformanın “Dünya üzrə trend məkanlar” bölməsində 25 fərqli ölkənin şəhərləri qeyd olunub. Siyahıda Bakı 8-ci yerdə qərarlaşıb.
“Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı hotelləri, yemək üçün uyğun yerləri tövsiyə edir. Hər ay 463 milyon səyahətçiyə xidmət göstərən platformada 8,6 milyon yerləşmə vasitəsi, restoran, hava yolları və gəmi səyahəti haqqında 859 milyondan çox istifadəçi rəyi mövcuddur.