Bakıdan Şuşaya gedən avtobusların cədvəlində dəyişiklik edilib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən məlumat verir.
16 Fevral tarixindən etibarən Bakı - Şuşa - Bakı reysi həftədə 3 dəfə təşkil olunacaq. Yeni cədvəli təqdim edirik.
Bundan əlavə, azad olunmuş ərazilərə bir nəfərin il ərzində bir dəfə getmək məhdudiyyəti aradan qaldırılıb.
24 yanvar tarixindən bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys həyata keçirilib, 1100-dən çox bilet satılıb.