Bakıda buludlu hava şəraiti olacaq. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xİdmətinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.