Bakı və Abşeronda hava şəraiti qeyri-sabit keçəcək. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
1 iyul tarixində Bakı şəhəri və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sürətin 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Axşama doğru tədricən mülayimləşəcək, arabir yağış yağacağı ehtimalı var.