Bakıda güclü külək olacaq. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakı və Abşeron yarımadasında 10 iyul səhər saatlarından 11 iyul axşamadək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Bəzi regionlarda yağış və daşqın olacağı ehtimal olunur.