Bakı və Abşeronda olacaq hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
4 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz isə 30-35 dərəcə isti olacaq.