Bakı və Minsk şəhərləri qardaşlaşıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanın Bakı şəhəri ilə Belarusun Minsk şəhəri arasında qardaşlaşma əlaqələri qurulub. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Minsk Şəhər İcra Komitəsinin sədri Vladimir Kuxaryov memorandum imzalayıblar.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko da iştirak ediblər.
Paytaxtla yanaşı, Gəncə və Qəbələ də müvafiq olaraq Qomel və Qrodno şəhərləri ilə qardaşlaşıb.