Rusiya ilə COP29 barəsində müzakirələr aparılıb. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Görüş Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında baş tutub. Danışıqlarda iki ölkənin ekoloji əməkdaşlığı və Rusiya tərəfinin COP29-da iştiraka hazırlığı nəzərdən keçirilib.
Tədbirdə Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, iki ölkənin nazirliklərinin nümayəndələri iştirak ediblər.