Azərbaycan və Pakistanın şəhərləri qardaşlaşıb. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki ölkənin paytaxtları – Bakı və İslamabad qardaşlaşmış şəhərlər olublar. Bununla bağlı sənəd Azərbaycan Prezidenti İlham Əliyevin 11 iyul tarixində Pakistana dövlət səfəri çərçivəsində imzalanıb.
“Qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”nu İslamabad Paytaxt Korporasiyasının rəhbəri Muhammad Ali Randhava və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mübadilə ediblər.