"Bakı Metropoliteni" və "Metro İstanbul" arasında anlaşma memorandumu imzalanıb. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Gələn il Bakıda keçiriləcək dünya metropolitenlərinin ilk beynəlxalq konfransının təşkilatı məsələləri ilə bağlı “Bakı Metropoliteni” QSC ilə “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb.
Memorandum “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metro İstanbul”un baş direktoru Özgür Soy tərəfindən imzalanıb.
“Metrokonnekt” (MetroConnect) adlanan konfrans 2025-cü ilin aprelində baş tutacaq. Konfransda inşaat, vaqon yığılması və təmiri, metropoliten avadanlıqları, innovativ texnologiyalar, süni zəkanın rolu, təmir və xidmət problemləri, standartlar, təhlükəsizlik və sərnişin məmnunluğu mövzuları müzakirə olunacaq.