Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, məhəllə 2578 ünvanında unlu və qənnadı məmulatları istehsal olunan sexdə qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Vüqar MM” MMC-yə məxsus sexdə aparılan yoxlama zamanı havalandırmanın işləmədiyi, antisanitariyanın hökm sürdüyü, məhsulların hazırlanması üçün nəzərdə tutulan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu aşkarlanıb.
Məlum olan faktlarla bağlı müəssisə rəhbəri məsuliyyətə cəlb olunub. Araşdırmalar davam edir.