Bakı sakinləri Xocalı soyqırımının ildönümünə hazırlaşırlar. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az xəbər verir.
2 gündür ki, müxtəlif təhsil müəssisələri və qurum nümayəndələri “Ana harayı” abidəsini ziyarət etməyə gəlirlər. Abidənin ətrafı isə qərənfillərlə dekor olunub, küçələr təmizlənib və abadlaşdırılıb.
26 fevral tarixində bəzi yolların bağlı olacağı barədə məlumat verilib. Saat 08:00-dan etibarən Xocalı prospekti istiqamətində yürüş olacağı gözlənilir.
[URIS id=92075]