Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıb.
Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 07:30-da yola düşən avtobusa bilet əldə edən şəxs Aqşin Nəhmətə tarixi reysin ilk sərnişini kimi sertifikat təqdim olunub. Qarabağ Universitetində təhsil almaq üçün Xankəndiyə yola düşən tələbəyə uğurlar arzulanıb.
Hər gün Bakıdan Şuşaya saat 07:30-da yola düşən avtobuslar əks istiqamətə saat 15:30-da, aralıq məntəqələri Xankəndidən saat 16:00-da, Xocalıdan isə 16:30-da hərəkət edir.