Bakıya növbəti partiya elektrikli avtobuslar gətirilib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi prosesinə başlanılıb.
Paytaxta ümumilikdə 160 yeni elektrik mühərrikli avtobusun gətirilməsi nəzərdə tutulub. Avtobusların 31 oktyabr 2024-cü il tarixində qədər Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.