Bakı və Abşeron rayonunda 23-24 dekabr tarixlərində hava kəskin dəyişəcək. Bu haqda bu gün, 21 dekabr tarixində Report Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat yayıb.
Sulu qar və qar yağacaq. Temperatur müsbət 3 dərəcəyə qədər enəcək.
“Havanın temperaturunun müsbət 3 dərəcəyə yaxın olması davamlı qar örtüyünün yaranmasına imkan verməyəcək",- deyə qurumun rəisi Umayra Tağıyeva bildirib.