Bakı şəhərinə 320 ədəd yeni sərnişin avtobusu gətiriləcək. Bu haqda bu gün, 29 oktyabr tarixində Report məlumat yayıb.
10 dekabr 2020-ci ildə BNA ilə Türkiyənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında imzalanmış müqaviləyə əsasən sonuncu Bakıya 150 ədəd 12 metrlik və 170 ədəd 9 metrlik avtobuslar gətirməlidir.
İlk mərhələdə 12 metrlik avtobusların çatdırılması planlaşdırılır.