Paytaxtın əsas prospektlərindən birində yerüstü piyada keçidi istifadəyə verilib. Bu haqda bu gün, 22 sentyabrda Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Ziya Bünyadov prospektinin 9 nömrəli Bakı Peşə Liseyinin qarşısından keçən hissəsində inşa olunan keçidin ümumi uzunluğu 90.08 metr, daxili eni isə 3.5 metr təşkil edir. Tikilidə fiziki məhdudiyyətli insanlar üçün keçid lift sistemləriylə təmin olunub.
Həmçinin, videomüşahidə qurğuları da quraşdırılıb.
[caption id="attachment_7447" align="alignnone" width="696"]
Foto AAYDA.gov.az[/caption]
[caption id="attachment_7446" align="alignnone" width="696"]
Foto AAYDA.gov.az[/caption]