8 oktyabr tarixində Bakı Zooloji Parkı giriş qiymətlərini açıqlayıb.
7 oktyabr tarixində yenidənqurmadan sonra açılmış Bakı Zooloji Parkı böyüklər üçün giriş 6 manat, uşaqlar üçün isə 3 manat müəyyən edib. Zooloji Parkın ziyarətçilər üçün açılışı bu həftə sonu gözlənilir.
Yenidənqurma işləri IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.