Bakı Zooloji Parkında şirin şüşə qəfəsi qırdığı iddia olunur. Bakuplus.az Pravda.az-a istinadən məlumat verir ki, hadisə nəticəsində meymunun və pələngin qəfəsinin şüşəsi də zədələnib.
Məsələ ilə bağlı Bakı Zooloji Parkının direkdoru Azər Hüseynov məlumatı təkzib edib:
“Şirin şüşəsində heç bir problem yoxdur. Mütəxəssisləri göndərdim, gedib baxdılar. Dünən olsaydı, şüşə çatlayıb, qırılıbsa, bir günün içində dəyişmək olmazdı. Hazırda Zooloji Parkda şirlərlə bağlı heç bir problem yoxdur. Narahat olmayın”.