Bakı Zooloji Parkında şir balası dünyaya gəlib. Bu haqda Report xəbər verib.
Bakı Zooparkını ziyarət edən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni dünyaya gəlmiş şir balasının vəziyyəti və saxlanma şəraiti ilə maraqlanıb.
Yeni doğulan şir balası ayrı yerdə saxlanılır. Hazırda bala xüsusi təchiz edilmiş isti otağa yerləşdirilib, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır.
Təxminən 3 kq çəkisi olan dişi cinsli şir balasının doğulması ilə zooparkda yaşayan şirlərin sayı 5-ə çatıb.