Bu gün, 7 oktyabr tarixində Bakı Zooloji Parkın açılış mərasimi baş tutub. Bu haqda Report.az məlumat yayıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Bakı Zooloji Parkı 2 ildən çoxdur ki, təmir olunurdu. Heyvanlar isə müvəqqəti olaraq Qaradağ rayon Salyan şosesində yerləşən sığınacağa köçürülmüşdür. Yenidənqurulma işləri İDEA ictimai birliyinin təşəbbüsü ilə həyata keçirilib.