Bakı Zooloji Parkında xallı maralın iki erkək və bir dişi balası dünyaya gəlib. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az məlumat verir.
Balaların çəkisi 3-4 kiloqramdır. Körpələr sağlamdır və aktiv olaraq inkişaf edirlər.
Yeni doğulan maralların hələ adları yoxdur. Zoopark şərhlərdə vətəndaşlardan təkliflər gözlədiyini açıqlayıb.