Bakı Zooloji Parkında iyunun 17-si lan balası dünyaya gəlib. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az məlumat verir.
Doğulan bala dişidir. Balaca lan aktivdir, günün çox vaxtını ətraf mühiti yaxından araşdırmağa çalışır.
Zoopark əməkdaşları balaya yaraşan adı vermək üçün rəylərdə izləyicilərdən təklifləri gözləyirlər.