Bakı Zooloji Parkında nəcib maralın iki balası dünyaya gəlib. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az məlumat verir.
Hər iki yeni doğulan maral erkəkdir. Balalar sağlam və aktivdir, böyüdükcə artıq onların üzərindəki xallar itməyə başlayır.
Nəcib maral Azərbaycanın Qırmızı Kitabına daxildir və ona Böyük Qafqazın cənub yamaclarında rast gəlinir. Nəcib maral uzun boya və mütənasib quruluşa malikdir. Maralın budaqlı buynuzları xüsusi qeyd edilməlidir, çünki bu, ən nəzərəçarpan bəzəyidir və yalnız erkək marallara aiddir.
Erkək maralların ildə bir dəfə köhnə buynuzları düşür və dərhal yerində yeniləri böyüməyə başlayır. Buynuzlar marala həm müdafiə, həm də hücum üçün xidmət edir. Əslində erkək marallar tez-tez dişilərə görə bir-biri ilə döyüşür.