Bakının Zooloji parkında pələng balaları anadan olub. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az məlumat verir.
Pələnglərin biri erkək, ikisi isə dişidir. Balalar əraziyə hələ öyrəşmədiklərinə görə anadan ayrılmır. Qidalarını isə ana pələng öz yuvasına gətirir.
Yeni doğulmuş pələng balalarına hələ ki ad verilməyib. Adların qonaqlar tərəfindən seçilməsi təşkil olunub. Adlarla bağlı təklifləri zooparkın İnstagram səhifəsində rəy bölməsində qeyd etmək lazımdır.
[video width="480" height="480" mp4="https://bakuplus.az/storage/photos/2023/04/339315896_3119673858179295_3536202006006300582_n-1.mp4"][/video]