BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və universitetin komendantı iyulun 27-də bıçaqlanıb. Hadisə ali təhsil müəssisəsinin binasında baş verib.
Şübhəli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev saxlanılıb.
Yaralıların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Ölkədə 2020-ci ildə 26 mindən çox cinayət qeydə alınıb. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhdlərin sayı 277 təşkil edir.