top
Bakı Filarmoniya bağı – Tarixin və təbiətin əbədi nəfəsi
21 may 2025, 01:26
- ↺ +

Bakı Filarmoniya bağı – Tarixin və təbiətin əbədi nəfəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhərinin ürəyində, İçərişəhərin yaxınlığında yerləşən Filarmoniya bağı Azərbaycanın mədəni yaddaşı, təbiət sevgisinin simvolu və Bakının min bir rəngli keçmişini yaşadan “yaşıl bir ada”dır.

Tarixin qatlarından doğulan yaşıllıq

Filarmoniya bağının əsası XIX əsrin əvvəllərində qoyulub. Deyilənlərə görə, həmin dövrdə Bakının komendantı R.R.Xoven İrandan gələn bütün gəmi sahiblərinə bir çuval qara torpaq gətirməyi əmr edir. Bu torpaq sahildə bir yerə tökülür və zamanla həmin əraziyə bitkilər əkilərək bağa çevrilir. Beləcə, bu gün bizə tanış olan Filarmoniya bağı yaranır.

Ərazi əvvəlcə “Mixail bağı” adlansa da, xalq onu daha çox “Qubernator bağı” kimi tanıyırdı. Çünki qubernatorun evi bağla üzbəüz yerləşir və o, hər gün eyvanında oturub çay içə-içə bağı seyr edirmiş. Sovet dövründə “Pioner bağı”, sonralar isə şair Əliağa Vahidin büstü ilə əlaqədar “Vahid bağı” kimi tanınmışdı. Nəhayət, ən sonuncu yenidənqurmadan sonra bu bağ möhtəşəm Azərbaycan Dövlət Filarmoniyasına görə “Filarmoniya bağı” adını almışdı.

“Vahid” poeziya evi – əfsanəvi musiqiçilərin məkanı

Filarmoniya bağında məşhur “Vahid” poeziya evi vardı. Onun qarşısında böyük çətirli ağacların altında ölkənin ən yaxşı musiqiçiləri – xanəndələr, ifaçılar, sərpayılar toplaşar, toy “tutardılar”. Ölkənin demək olar ki, bütün toylarının siyahısı məhz elə burada yazılar, dəftərçədə qeyd olunardı. Bura toplaşmaq həm də bir poeziya məclisləri kimi keçərdi. Şeir oxuyan kim, muğam ifa edən kim…

Filmlərdən romanlara: Mədəniyyətin ruhunu yaşadan məkan

Bu bağ, sanki təbiətin anası olduğu kimi, mədəniyyətin də beşiyidir. “Gün keçdi” filminin qəhrəmanları burada qartopu oynayıb, Qurban Səidin məşhur “Əli və Nino” romanında isə Əli ilə Nino burada görüş təyin ediblər. Əsərdə Əli bu bağdan “Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağ” kimi bəhs edir. Bu nümunələr Filarmoniya bağının nə qədər dərin mədəni mənaya sahib olduğunu göstərir.

Memarlıq incisi – Filarmoniya və yay klubu

XX əsrin əvvəllərində burada mövcud olan taxta klub yanaraq məhv olur və əvəzində yay klubu – indiki Filarmoniya binası inşa edilir. Şəhər Dumasının qərarı ilə tikintiyə başlanır və 1912-ci ildə binanın açılışı olur. Memarın Monte-Karloya göndərilərək Avropanın gözəl filarmoniyalarından ilham alması, “Kavkazskoe tovarişestvo” şirkət rəhbərinin səhnənin öz evinə baxması üçün yerləşmə tərzinə müdaxiləsi bu binanın arxasında dayanan maraqlı memarlıq tarixini ortaya qoyur. Belə ki, memar Ter-Mikelova tapşırığın öhdəsindən bacarıqla gəlir. Sadovıy (Çkalov) indiki Niyazi küçəsinin, Nikolayev (Kommunist) indiki İstiqlaliyyət küçəsinin kəsişdiyi yerdə dörd mülk – Yay klubu (filarmoniya), Sadıqovun evi, Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi Marina Rus Qız Gimnaziyasının binası, bir də ondan azca aşağıda Rotşildin işlər rəisi Daburinin order memarlıq üslubunda tikdirdiyi, sonra da “Kavkazskoe tovarişestvo” şirkətinə satdığı bina (Rüstəm Mustafayev adına İncəsənət Muzeyi) gözəllikdə bir-birini tamamlayır və şəhərə xüsusi yaraşıq verir. Deyilənlərə görə, “Kavkazskoe tovarişestvo” neft şirkətinin başçısı milyonçu Kukasov filarmoniyanın layihəsini işləyən memardan xahiş edib ki, yay səhnəsini onun yaşadığı mülk ilə üzbəüz tikdirsin ki, balkonda oturub çalıb-çağıranlara tamaşa edə bilsin. Bir də istəmirmiş ki, evin qabağında lal divar ucalsın. Memarlıq qanununa görə səhnə qarşı giriş qapısı ilə üzbəüz olmalıdır. Yay klubunda (filarmoniyada) isə əksinədir.

Nadir bitkilər və əfsanəvi tutuquşular

Bağın yaşıllığına xüsusi önəm verilir. Tut, qarağac, şam, akasiya və daha sonralar palıd, sidr, göyrüş kimi nadir ağaclar burada əkilir. Fərqli dövrlərdə Türkiyə və İtaliyadan gətirilən qızılgüllər, liliya, qardeniya, kameliyalar, aylant və payız gülləri bu bağı bir botanika bağını xatırladacaq dərəcədə zənginləşdirir.

Bağın sakinlərindən biri isə gözlənilməz qonaqlardır – tutuquşular! Bağın fəvvarəsində səhər saatlarında çimən və su içən bu quşlar təmir zamanı yoxa çıxsalar da, işlər başa çatdıqdan sonra möcüzəvi şəkildə geri qayıdıblar. Bu da Filarmoniya bağının canlı təbiətlə necə harmoniya təşkil etdiyinin sübutudur.

Yenidən doğuluş: Müasir abadlıq və bərpa işləri

2009-cu ildən etibarən Filarmoniya bağında əsaslı yenidənqurma işlərinə başlanılıb. Ərazi qorunub saxlanılmaqla yanaşı, yenidən yaşıllaşdırılıb, yeni suvarma sistemi qurulub, landşaft dizaynı müasirləşdirilib. Yenidənqurma zamanı qədim yeraltı tunelin aşkarlanması isə bağın hələ də sirlər gizlətdiyini göstərir.

Bakı ilə birlikdə nəfəs alan yaşıl səhnə

Filarmoniya bağı – Bakının keçmişi, bu günü və gələcəyidir. Burada həm təbiətin sakitliyi, həm də mədəniyyətin canlı ritmi var. Tarixlə dolu bu yaşıl məkanda gəzmək, illərlə buradan keçən insanları, səsləri və sükutu hiss etmək mümkündür.
Filarmoniya bağı bir parkdan daha artıqdır. Bu, Bakının qəlbidir.

Xanım Aydın (baki-baku.az)

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
30 oktyabr 2026, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
30 oktyabr 2026, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Oxşar xəbərlər