Bakının Heydər Əliyev prospekti - Hava limanı yolunun Böyük Şor yol qovşağı istiqamətində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Nəqliyyat Agentliyi bu gün, 5 avqust tarixində məlumat yayıb.
Bununla əlaqədar olaraq Heydər Əliyev prospekti - Hava limanı yolunun Bülbülə döngəsi adlanan hissəsində sıxlıq yaranıb.
Daha öncə, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şossenin Binəqədi rayonuna düşən hissəsində qeydə alınmışdı.
[caption id="attachment_1135" align="alignnone" width="300"]
Foto BNA-nın rəsmi Telegram səhifəsi[/caption]