top
Bakıda 16 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzə
Foto
23 iyul 2026, 15:47
- ↺ +

Bakıda 16 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bir qrup sakin mənzillərini qanuni qaydada aldıqları halda evsiz qalmaq təhlükəsi ilə üzləşdiklərini iddia edir.

Bakuplus.az-a müraciət edən vətəndaşların sözlərinə görə, onlar 2022-ci ildən etibarən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsində yerləşən binadan mənzillər alıblar. Sakinlər bildirirlər ki, mənzilləri binanın icraçı direktoru Orxan Mürsəlovdan notariat qaydada, bank vasitəsilə ödəniş edərək və bütün vergiləri ödəməklə əldə ediblər. Onların sözlərinə görə, alqı-satqı tam qanuni şəkildə rəsmiləşdirilib.

İddialara əsasən, sonradan Rəşad Səlimov adlı şəxs binanın ona məxsus olduğunu bildirərək məhkəməyə müraciət edib. Sakinlər isə bu iddianı qəbul etmədiklərini, həmin şəxsin sözügedən ərazidə cəmi 16 kvadratmetr sahəyə sahib olduğunu və binaya sahiblənməyə dair hər hansı hüquqi əsasının olmadığını bildirirlər.

Onların sözlərinə görə, Suraxanı Rayon Məhkəməsi sakinlərin əleyhinə qərar qəbul edib və qərara əsasən bina Rəşad Səlimova verilib. Sakinlər qeyd edirlər ki, Əmlak Məsələləri üzrə aidiyyəti qurumun araşdırması nəticəsində də Rəşad Səlimovun həmin ərazidə yalnız 16 kvadratmetr sahəyə malik olduğu müəyyən edilib.

Vətəndaşlar həmçinin iddia edirlər ki, Orxan Mürsəlovun Rəşad Səlimova borcu olub və tərəflər arasında yaranan maliyyə mübahisəsi hazırkı vəziyyətə gətirib çıxarıb. Onların sözlərinə görə, Orxan Mürsəlovun Rəşad Səlimova vurduğu ziyanın əvəzini hazırda mənzilləri qanuni şəkildə almış sakinlər ödəməli olurlar. Onlar bildirirlər ki, Orxan Mürsəlov hazırda məhz borc məsələsi ilə bağlı həbsdədir.

Vətəndaşlar vurğulayırlar ki, mənzilləri etibarnamə ilə satış səlahiyyəti olan şəxsdən alıblar və bütün ödənişləri bank vasitəsilə həyata keçiriblər. Onlar ödədikləri vəsaitin, eləcə də dövlətə ödənilən vergilərin taleyi ilə bağlı suallarının cavabsız qaldığını bildirirlər.

Hazırda 16 ailənin evsiz qalmaq təhlükəsi ilə üz-üzə qaldığını deyən sakinlər aidiyyəti dövlət qurumlarına müraciət edərək, məsələnin yenidən araşdırılmasını, hüquqlarının qorunmasını və yaranmış problemin ədalətli həllini istəyirlər.

 

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Oxşar xəbərlər